![Hizbullah: ABŞ bazalarına hücumun məqsədi budur Hizbullah: ABŞ bazalarına hücumun məqsədi budur](https://azertimes.az/wp-content/uploads/hizbullah-abs-bazalarina-hucumun-meqsedi-budur-300x187.jpg)
![](https://azertimes.az/wp-content/uploads/hizbullah-abs-bazalarina-hucumun-meqsedi-budur.jpg)
İsrail Qəzzadakı hücumlarını genişləndirərsə, bunun ciddi nəticələri olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Hizbullah baş katibinin köməkçisi Naim Qasım deyib.
O bildirib ki, Hizbullah Qəzza üzərində təzyiqləri azaltmağı hədəfləyir:
“Müqavimət qolları əsas planlayıcının ABŞ olduğunu gördü. Bu səbəbdən “dayan” mesajı ilə ABŞ-a hücum (ABŞ-ın Suriya bazalarına hücumlar – red.) edirlər. Biz Fələstin və regiondakı xalqımızı, sevdiklərimizi dəstəkləyə bilmərik, amma ABŞ dinc insanları öldürən İsrailin yanında dayana bilər?”