![Ermənistanda çevriliş cəhdi: həbslər var Ermənistanda çevriliş cəhdi: həbslər var](https://azertimes.az/wp-content/uploads/ermenistanda-cevrilis-cehdi-hebsler-var-300x185.jpg)
![](https://azertimes.az/wp-content/uploads/ermenistanda-cevrilis-cehdi-hebsler-var.jpg)
Ermənistan Milli Təhlükəsizlik Xidməti hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar dəstəni yaxalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“2023-cü il ərzində terror aktlarının hazırlanmasında beş şəxs (A. M., S. M., E. Ts., V. V. və K. S.) və bir neçə hələlik naməlum şəxs iştirak edib”, – məlumatda deyilir.
Qeyd olunur ki, cinayətkar birliyin planlarına partlayışa hazırlıq, o cümlədən dövlət orqanlarının işini pozmaq məqsədi ilə hökumət və digər binaların zəbt edilməsi daxil imiş.