![Drakonla bağlı yeni xəbər Drakonla bağlı yeni xəbər](https://azertimes.az/wp-content/uploads/drakonla-bagli-yeni-xeber-300x181.jpg)
![](https://azertimes.az/wp-content/uploads/drakonla-bagli-yeni-xeber.jpg)
Xuliqanlıqda təqsirləndirilən tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
AzerTimes xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 24-nə təyin edilib.
Şikayət hakim Şahin Yusifovun icraatına verilib.
Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib.