![İran Azərbaycan sərhədindəki gərginliklə bağlı… – Pakayin İran Azərbaycan sərhədindəki gərginliklə bağlı… – Pakayin](https://azertimes.az/wp-content/uploads/iran-azerbaycan-serhedindeki-gerginlikle-bagli-pakayin-300x225.jpg)
![](https://azertimes.az/wp-content/uploads/iran-azerbaycan-serhedindeki-gerginlikle-bagli-pakayin.jpg)
Amerika və Avropanın Qafqaz məsələlərinə qarışmaqda məqsədi Rusiyaya təzyiq göstərməkdir.
AzerTimes xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.
O, rəsmi Tehranı son günlər Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginlik fonunda aktiv tərəfsizliyini qorumağa çağırıb.
“Bu münaqişədə ABŞ və Avropa nə Ermənistanın tərəfindədir, nə də Azərbaycanın maraqlarını təmin etməyə çalışır. Daha doğrusu, onlar münaqişənin uzanmasını istəyirlər”, – diplomat əlavə edib.