![Paytaxtda qətl törədən şəxs saxlanıldı Paytaxtda qətl törədən şəxs saxlanıldı](https://azertimes.az/wp-content/uploads/paytaxtda-qetl-toreden-sexs-saxlanildi.jpg)
![](https://azertimes.az/wp-content/uploads/paytaxtda-qetl-toreden-sexs-saxlanildi.jpg)
Bakıda 30 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Şəhniyarov Fariz Mənsim oğlu tutulub.