![Omikronun bu ştammı sürətlə yayılır – ÜST Omikronun bu ştammı sürətlə yayılır – ÜST](https://azertimes.az/wp-content/uploads/omikronun-bu-stammi-suretle-yayilir-ust-300x170.jpg)
![](https://azertimes.az/wp-content/uploads/omikronun-bu-stammi-suretle-yayilir-ust.jpg)
Dünyada koronovirusun EG.5 omikron ştammı sürətlə yayılmağa başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.
Qeyd olunub ki, EG.5 XBB.1.9.2-nin davamçısıdır və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. EG.5 XBB.1.9.2 ilə müqayisədə sünbül zülalında əlavə f456l amin turşusu mutasiyasını daşıyır.
Bu ştamm ilk dəfə 2023-cü ilin fevralın 17-də qeydə alınıb.