![Elcan Rəsulov başqa xəstəxanaya köçürüldü Elcan Rəsulov başqa xəstəxanaya köçürüldü](https://azertimes.az/wp-content/uploads/elcan-resulov-basqa-xestexanaya-kocuruldu-300x169.jpg)
![](https://azertimes.az/wp-content/uploads/elcan-resulov-basqa-xestexanaya-kocuruldu.jpg)
Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən və əməliyyat olunan aktyor Elcan Rəsulov hazırda başqa tibb müəssisəsinə köçürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Elcan Rəsulov İnstaqram səhifəsində məlumat verib.
“Qismətimdə 6 gün müalicə aldığım klinikanın həyətinə başqa xəstəxananın təcili tibbi yardım maşınını çağırmaq da varmış”, – o bildirib.
Aktyor köçürülmə səbəbini açıqlamayıb.
Qeyd edək ki, aktyor bir müddət əvvəl ayağında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı.