![“Neftçi” Gürcüstan millisinin üzvü ilə yollarını ayırdı “Neftçi” Gürcüstan millisinin üzvü ilə yollarını ayırdı](https://azertimes.az/wp-content/uploads/neftci-gurcustan-millisinin-uzvu-ile-yollarini-ayirdi-300x165.jpg)
![](https://azertimes.az/wp-content/uploads/neftci-gurcustan-millisinin-uzvu-ile-yollarini-ayirdi.jpg)
Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” daha bir futbolçusu ilə vidalaşıb.
Klubdan AzerTimes-a verilən məlumata görə, gürcüstanlı müdafiəçi Solomon Kverkveliya ilə yollar ayrılıb.
31 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Gürcüstan millisinin də üzvü olan Solomon Kverkveliyanın “ağ-qaralar”la 2024-cü ilin yayınadək sözləşməsi var idi.