![Ermənilər “Laçın” postundan sərbəst keçir – Yeni video Ermənilər “Laçın” postundan sərbəst keçir – Yeni video](https://azertimes.az/wp-content/uploads/ermeniler-lacin-postundan-serbest-kecir-yeni-video-300x175.jpg)
![](https://azertimes.az/wp-content/uploads/ermeniler-lacin-postundan-serbest-kecir-yeni-video.jpg)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə Laçın-Xankəndi yolunun başlanğıcında, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
AzerTimes Report-a istinadən xəbər verir ki, bununla bağlı iyulun 3-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Onların sənədləri, sonra gediş-gəlişləri təmin edilir.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.