![Yuxarı Şirvan kanalında batan şəxs axtarılır – Video Yuxarı Şirvan kanalında batan şəxs axtarılır – Video](https://azertimes.az/wp-content/uploads/yuxari-sirvan-kanalinda-batan-sexs-axtarilir-video-300x210.jpg)
![](https://azertimes.az/wp-content/uploads/yuxari-sirvan-kanalinda-batan-sexs-axtarilir-video.jpg)
Ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 2006-cı il təvəllüdlü Samir Mirzəmməd oğlu Kərimlinin axtarışlarına başlayıblar.
Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.