![KTMT Minskdə toplanır: Nələr müzakirə ediləcək? KTMT Minskdə toplanır: Nələr müzakirə ediləcək?](https://azertimes.az/wp-content/uploads/ktmt-minskde-toplanir-neler-muzakire-edilecek-300x187.jpg)
![](https://azertimes.az/wp-content/uploads/ktmt-minskde-toplanir-neler-muzakire-edilecek.jpg)
KTMT ölkələrinin müdafiə nazirləri bu gün Minskdə koalisiya əməkdaşlığı məsələlərini müzakirə edəcəklər.
AzerTimes xəbər verir ki, bunu KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov deyib.
“İclas iştirakçıları KTMT-yə üzv ölkələrin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri, habelə böhrana cavab sisteminin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər”, – o bildirib.
Zaynetdinov qeyd edib ki, görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin komandanlıq-nəzarət orqanlarının, birləşmələrinin birgə hazırlığı, hərbi-texniki əməkdaşlıq və s. ilə bağlı sənədlərə baxılması planlaşdırılır.
Qeyd edək ki, Belarusun müdafiə naziri Viktor Xreninin sədrliyi ilə keçiriləcək iclasda KTMT-nin baş katibi İmanqali Tasmaqambetov və KTMT-nin Birləşmiş Qərargah rəisi Anatoli Sidorov iştirak edəcək.