![Bakıdan Lənkərana avtomobillərin yürüşü təşkil ediləcək Bakıdan Lənkərana avtomobillərin yürüşü təşkil ediləcək](https://azertimes.az/wp-content/uploads/bakidan-lenkerana-avtomobillerin-yurusu-teskil-edilecek-300x180.jpg)
![](https://azertimes.az/wp-content/uploads/bakidan-lenkerana-avtomobillerin-yurusu-teskil-edilecek.jpg)
Azərbaycan Avtomobil Federasiyası (AAF) iyunun 10-da Bakı-Lənkəran marşrutu üzrə idman avtomobillərinin yürüşünü təşkil edəcək.
AzerTimes xəbər verir ki, yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək.
Yürüşə sürətli idman avtomobillərinin sahibləri qoşula bilər. İştirak etmək istəyənlər iyunun 5-dək Avtomobil Federasiyasında (+99450) 295 01 00 nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edərək qeydiyyatdan keçməlidir.
AAF tədbir iştirakçıları üçün iyunun 10-11-də bir sıra proqram da hazırlayıb. Belə ki, iyunun 10-da yürüşdən sonra Lənkəranda tədbirin açılış mərasimi və əyləncə proqramı təqdim ediləcək. İyunun 11-də isə Lənkəranda çay plantasiyasına ekskursiya olacaq. Yürüş iştirakçılarının oteldə yerləşdirilməsi və asudə vaxtlarının proqramı AAF tərəfindən dəstəklənəcək.