Olimpiada üçün rekord sayda şagird qeydiyyatdan keçdi

Olimpiada üçün rekord sayda şagird qeydiyyatdan keçdi

Bu il Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrində iştirak üçün rekord sayda şagird qeydiyyatdan keçib.

AzerTimes xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Tvitter hesabında yazıb.

“Bu gün Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ölkə üzrə ilk mərhələsi keçirildi. Sözügedən müsabiqələrdə iştirak üçün bu il rekord sayda – 55 mindən çox şagird qeydiyyatdan keçib”.

“Olimpiadalarda biliyini sınamaq istəyən istedadlı uşaqlarımızın sayının gündən-günə artması bizi qürurlandırır. Müsabiqələrdə iştirak edən bütün şagirdlərə uğurlar arzu edirəm”, – nazir əlavə edib.

Teqlər: