![İsrailin xarici işlər naziri Bakıya gəlir İsrailin xarici işlər naziri Bakıya gəlir](https://azertimes.az/wp-content/uploads/israilin-xarici-isler-naziri-bakiya-gelir-300x172.jpg)
![](https://azertimes.az/wp-content/uploads/israilin-xarici-isler-naziri-bakiya-gelir.jpg)
İsrailin xarici işlər naziri Eli Kohen sabah Bakıya səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, nazir Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.
Qeyd edək ki, İsrail mediası həmçinin, Prezident İshaq Hersoqun may ayında Azərbaycana gözlənilən səfəri barədə də məlumat yayıb.