![Bu ölkə də Kremlə qarşı “xüsusi tribunal qrupu”na qoşuldu Bu ölkə də Kremlə qarşı “xüsusi tribunal qrupu”na qoşuldu](https://azertimes.az/wp-content/uploads/bu-olke-de-kremle-qarsi-xususi-tribunal-qrupuna-qosuldu-300x190.jpg)
![](https://azertimes.az/wp-content/uploads/bu-olke-de-kremle-qarsi-xususi-tribunal-qrupuna-qosuldu.jpg)
Rusiyanın təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılması üzərində işləyən qrupda iştirak edən ölkələrin sayı 34-ə yüksəlib.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın XİN rəhbəri Dmitri Kuleba deyib.
Nazir qeyd edib ki, sözügedən qrupa Kosta-Rika da qoşulub:
“Telefon danışığımız zamanı xarici işlər naziri Arnoldo Tinoko mənə Kosta-Rikanın Ukraynaya qarşı təcavüz cinayəti üzrə xüsusi tribunalın əsas qrupuna qoşulmaq qərarına gəldiyi haqda məlumat verdi. Hazırda qrupa qoşulan ölkələrin ümumi sayı 34-ə çatıb”.
Qeyd edək ki, Rusiyanın təcavüz cinayəti üzrə tribunalın tam olaraq necə olacağına dair hələ qərar hələ verilməyib.