![Xocavənddə silah-sursat tapıldı Xocavənddə silah-sursat tapıldı](https://azertimes.az/wp-content/uploads/xocavendde-silah-sursat-tapildi-300x187.jpg)
![](https://azertimes.az/wp-content/uploads/xocavendde-silah-sursat-tapildi.jpg)
Xocavənddə silah-sursat tapılıb.
Bu barədə AzerTimes-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.
Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 avtomat, 10 əl qumbarası və 5 mərmi götürülərək aidiyyəti üzrə təhvil verilib.