![Azərbaycan millisi Türkiyə ilə heç-heçə etdi Azərbaycan millisi Türkiyə ilə heç-heçə etdi](https://azertimes.az/wp-content/uploads/azerbaycan-millisi-turkiye-ile-hec-hece-etdi-300x169.jpg)
![](https://azertimes.az/wp-content/uploads/azerbaycan-millisi-turkiye-ile-hec-hece-etdi.jpg)
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyə ilə yoldaşlıq oyunu keçirib.
AzerTimes-ın məlumatına görə, “Dalğa Arena”da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib. Görüş qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında 3 gün əvvəl keçirilmiş ilk oyunda “ay-ulduzlular” 1:0 hesablı qələbə qazanmışdı.