![Finlandiya sabah NATO-ya üzv olacaq Finlandiya sabah NATO-ya üzv olacaq](https://azertimes.az/wp-content/uploads/finlandiya-sabah-nato-ya-uzv-olacaq-300x176.jpg)
![](https://azertimes.az/wp-content/uploads/finlandiya-sabah-nato-ya-uzv-olacaq.jpg)
Finlandiya sabah NATO-ya üzv qəbul ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə NRK teleradio şirkəti məlumat yayıb.
“Sabah Finlandiya bayrağı ölkənin müdafiə alyansına daxil olmasını qeyd etmək üçün NATO-nun Brüsseldəki mənzil-qərargahının qarşısında dalğalanacaq”, – məlumatda deyilir.
Qeyd olunur ki, NATO xarici işlər nazirlərinin sabah başlayacaq iclasında Finlandiya bayrağı qaldırılacaq. Mərasimdə Baş katib Stoltenberq və Finlandiya Prezidenti Sauli Niinistö çıxış edəcək.