![Hesablama Palatası AzTV-də yoxlamalara başladı Hesablama Palatası AzTV-də yoxlamalara başladı](https://azertimes.az/wp-content/uploads/hesablama-palatasi-aztv-de-yoxlamalara-basladi-300x191.jpg)
![](https://azertimes.az/wp-content/uploads/hesablama-palatasi-aztv-de-yoxlamalara-basladi.jpg)
Hesablama Palatası kollegiya qərarına əsasən aprelin 3-dən etibarən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) audit aparır.
Bu barədə AzerTimes-a Palatadan bildirilib.
Qeyd olunur ki, Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir və kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilir.