![Türkiyədə iki güclü zəlzələ oldu Türkiyədə iki güclü zəlzələ oldu](https://azertimes.az/wp-content/uploads/turkiyede-iki-guclu-zelzele-oldu-300x172.jpg)
![](https://azertimes.az/wp-content/uploads/turkiyede-iki-guclu-zelzele-oldu.jpg)
15:30
Türkiyənin Bolu şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin təxminən 8,13 kilometr dərinliyində qeydə alınıb.
***
Türkiyənin Van əyalətinin Başkale rayonunda 5,3 maqnitudada zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Zəlzələ 15,25 km dərinlikdə meydana gəlib.
Məlumata görə, yeraltı təkanların mərkəzi Güney Azərbaycanın Xoy şəhəridir.