![Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirilir Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirilir](https://azertimes.az/wp-content/uploads/bakida-bu-marsrutun-hereket-sxemi-deyisdirilir-300x199.jpg)
![](https://azertimes.az/wp-content/uploads/bakida-bu-marsrutun-hereket-sxemi-deyisdirilir.jpg)
Fevralın 28-də Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi ilə Çernyayevski küçəsinin kəsişməsində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən 4 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.