Ümid edirəm ki, növbəti ölkə Səudiyyə olacaq – Netanyahu

Ümid edirəm ki, növbəti ölkə Səudiyyə olacaq – Netanyahu

Ümid edirəm ki, Səudiyyə Ərəbistanı yəhudi dövləti ilə sülh sazişi imzalayan növbəti ölkə olacaq.

AzerTimes xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

“Düşünürəm ki, Səudiyyə rəhbərliyi rəsmi olaraq bunun bir hissəsi olmaq istədiyinə qərar verərsə, biz kvant sıçrayışı əldə edə bilərik. Qeyri-rəsmi olaraq onlar bunun bir hissəsidir. Mən inanıram ki, ümumi maraqlara əsaslanan sülhə nail olmaq üçün İsrailin hərbi, kəşfiyyat, texnoloji və iqtisadi gücündən istifadə edərək qonşularımızla sülh və normallaşma sazişləri ilə iki məqsədə nail ola bilərik. Birincisi, sülh dairəsini genişləndirə bilərik. İkincisi, bu birlik İrana qarşı dayaq rolunu oynaya bilər”, – Netanyahu qeyd edib.

Teqlər: