![İsrailə raket atıldı, dərhal cavabı verildi İsrailə raket atıldı, dərhal cavabı verildi](https://azertimes.az/wp-content/uploads/israile-raket-atildi-derhal-cavabi-verildi-300x180.jpg)
![](https://azertimes.az/wp-content/uploads/israile-raket-atildi-derhal-cavabi-verildi.jpg)
Gecə saatlarında Fələstin radikalları Qəzza zolağından İsrailə dörd raket atıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordunun mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağından İsrailə 4 yer-hava raketi atılıb. Üç raket havada vurulub, biri isə yaşayış olmayan əraziyə düşüb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri HƏMAS terror təşkilatının Qəzza zolağındakı hərbi postlarına hücum edib”, – məlumatda deyilir.