Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artır

Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artır

Gürcüstanda son sutka ərzində daha 919 nəfərdə koronavirus aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 14440-a çatıb.

Son sutkada 4 nəfərin vəfatı ilə bu virusdan ölənlərin sayı 113 nəfərə yüksəlib.

5 min 792 nəfər karantin rejimindədir, 836 nəfər xəstəxanalarda həkim nəzarətindədir və 1042 nəfər ixtisaslaşmış otellərdə müalicə olunur. 7 min 367 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.