Ruslar hücuma cəhd edir, xeyli itki verir

Ruslar hücuma cəhd edir, xeyli itki verir

Rus ordusu Liman, Baxmut, Avdeyevski və Novopavlovski istiqamətlərində hücum əməliyyatlarına cəhd etməkdə davam edir.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən müəyyən istiqamətlərdə fəal kəşfiyyat və hücuma hazırlıq işlərini davam etdirir, qoşunlarının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Düşmənin şəxsi heyəti arasında xeyli itki var”, – məlumatda bildirilib.

Cəbhənin digər istiqamətlərində isə rus ordusunun müdafiə olunduğunu vurğulayıb.

Teqlər: