![Tovuzda ər və arvad dəm qazından öldü Tovuzda ər və arvad dəm qazından öldü](https://azertimes.az/wp-content/uploads/tovuzda-er-ve-arvad-dem-qazindan-oldu-300x188.jpg)
![](https://azertimes.az/wp-content/uploads/tovuzda-er-ve-arvad-dem-qazindan-oldu.jpg)
Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb.
AzerTimes xəbər verir ki, hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakinləri – 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evin həyətyanı sahəsində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək keçiniblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.