Azərbaycan Fransada beynəlxalq festivalda təmsil olunacaq.
AzerTimes xəbər verir ki, “Dünya ətrafında” adlanan festival 24-27 yanvar tarixlərində Fransanın Lil şəhərində keçiriləcək.
Festivalda Azərbaycanı tanınmış caz ustası Etibar Əsədli təmsil edəcək.
Tədbir zamanı filmlər də nümayiş etdiriləcək, görüş və debatlar təşkil ediləcək.