Bəhram ittiham etdi: Rayondan gələnlər… – Video

Bəhram ittiham etdi: Rayondan gələnlər… – Video

Gənclər haqqında danışmaq istəyirəm. Bax, indi burada veriliş gedir. Zalda oturanlar o qədər də gənc deyillər. Onlar bilirlər ki, burada veriliş gedir, amma ucadan danışırlar. Hətta heç olmasa, hörmət qoymağı lazım hesab etmirlər. Əvvəllər bu hörmət var idi.

AzerTimes xəbər verir ki, bu fikirləri jurnalist Həmid Həmidovun “Danışaq?” verilişinin qonağı olan aktyor Bəhram Bağırzadə bildirib.

Aktyor regioanlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham edib:

“Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”, – deyə aktyor həm də gəncləri qınayıb.

Teqlər: