Ukraynalılar bütün cəbhələrdə Avropa Birliyindən dəstək alacaqlar. Bu, Ukraynanın müharibənin dağıntılarından çıxana qədər davam edəcək.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.
“Ukrayna Avropa Birliyindən tam həmrəylik almağa davam edəcək. AB Ukrayna xalqına humanitar, iqtisadi, siyasi, diplomatik və hərbi dəstəkdə qətiyyətli qalacaq. Ukrayna qalib gəlməlidir”, – Borrell bildirib.