Türkiyənin Aydın vilayətində restoranda baş verən partlayışda şübhəli bilinərək saxlanılanlar var.
AzerTimes xəbər verir ki, bölgənin Nazilli rayon polisi tərəfindən hadisə ilə əlaqədar beş nəfər saxlanılıb.
Qeyd edək ki, restoranda baş verən partlayışda 7 nəfər həyatını itirib. Biri ağır olmaqla, dörd yaralı xəstəxanalara çatdırılıb.