Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada media nümayəndləri üçün ilin son toplantısında bildirib.
“Can Azərbaycanla əməkdaşlığımız iki ölkə arasında ola biləcək ən yüksək səviyyədədir”, – XİN başçısı vurğulayıb.
Türkiyənin Azərbaycanla yaxın həmrəylik içində olduğunu və Ermənistanla normallaşama prosesinin davam etdiyini bildirən Cavuşoğlu deyib ki, Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir:
“Azərbaycan torpaqlarının zənginliyinin qəsb edilməsinə çalışılması qəbuledilməzdir. Türkiyə hər məsələdə olduğu kimi bu məsələdə də Azərbaycanın yanındadır”.