Azərbaycanın FİFA referilərinin sırasına yenidən qadın hakim əlavə olunub.
AzerTimes xəbır veri ki, məlumatı AFFA yayıb.
Bildirilib ki, Fəridə Lütfəliyeva 2023-cü ildən ölkəni beynəlxalq səviyyədə təmsil edəcək.
Kişi referilərdən Əliyar Ağayev və Elçin Məsiyev isə həm də FİFA dərəcəli VAR hakimləri kimi təsdiqlənib.
Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün FİFA referilərinin siyahısında ümumilikdə 17 ədalət təmsilçisi yer alıb.