Təbrizdə yaşayan gənc fəal Maidə Qaragöz İnqilab Məhkəməsində “sosial mediada hökumətə qarşı təbliğat”da günahlandırılıb.
AzerTimes xəbər verir ki, qərara əsasən, gənc fəal 16 ay həbs, 8 milyon tümən pul cəzasına məhkum edilməklə yanaşı, cəzasını çəkdikdən sonra iki il müddətinə ölkədən çıxa bilməz.
Qeyd edək ki, Maidə Qaragöz oktyabrın 15-də təhlükəsizlik məmurları tərəfindən Təbrizdə həbs edilib, noyabrın 20-də isə Təbriz həbsxanasına köçürülüb.