Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının “Ekoloji terrora son” şüarı altında Xankəndi-Laçın yolunda, rus sülhməramlıların postu qarşısındakı aksiyası davam edir.
AzerTimes xəbər verir ki, bu barədə hazırda hadisə yerində olan tanınmış jurnalist Niyaz Niftiyev Feysbuk hesabında paylaşım edib.
O bildirib ki, aksiya keçirilən əraziyə rus sülhməramlılara dəstək üçün əlavə qüvvə cəlb edilib:
“Eyni zamanda əraziyə sülhməramlı kontingentin yüksək rütbəli zabiti də gəlib”.