Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin ilə görüşüb.
AzerTimes xəbər verir ki, görüş Moskvada keçirilən “Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri” mövzusunda Beynəlxalq Müsəlman Forumu çərçivəsində baş tutub.
Xatırladaq ki, QMİ sədri Allahşükür Paşazadə dekabrın 6-dan Rusiya paytaxtında səfərdədir. Dekabrın 7-də şeyxülislam Allahşükür Paşazadənin Moskvanın və bütün Rusiya Patriarxı Kirillə görüşü keçirilib. Dekabrın 8-də isə o, XVIII Beynəlxalq Müsəlman Forumunda çıxış edib.