Kanadada təyyarə magistral yola düşdü

Kanadada təyyarə magistral yola düşdü

Kanadanın Ontario əyalətində kiçik təyyarə magistral yola düşüb.

AzerTimes xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Lankaster şəhəri yaxınlığında baş verib. “Cessna 150” təyyarəsində olan iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Onun hadisə yerindən 17 km aralıda, qonşu Kvebek əyalətində yerləşən kiçik hava limanından havaya qalxdığı məlum olub.

Təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.

Teqlər: