Bu, son şansımdır – Messi

Bu, son şansımdır – Messi

Fiziki cəhətdən özümü çox yaxşı hiss edirəm, heyətə əla fiziki formada qayıtdım. Ötən gün ehtiyat tədbiri olaraq fərdi məşq etdim, amma xüsusi bir şey yox idi. Bu dünya çempionatı fərqlidir, komandalar demək olar ki, hazırlıqsız gəldi.

AzerTimes xəbər verir ki, bunu Argentina millisinin hücumçusu Lionel Messi deyib.

“Dünya çempionatı başlayana kimi nə qədər çox oynasam, bir o qədər yaxşı hiss etdim. Xüsusi bir iş görmədim, bütün karyeramı etdiyim kimi özümə qulluq etdim. Əlbəttə, bu, mənim son dünya çempionatımdır. Böyük arzumu həyata keçirmək üçün son şansdır”, – Messi qeyd edib.

Teqlər: