Sumqayıtda faciə: azyaşlı bacılar qəfil vəfat etdi – Video

Sumqayıtda faciə: azyaşlı bacılar qəfil vəfat etdi – Video

Bu gün Sumqayıtda 2 azyaşlı qız evdə olarkən qəfildən vəziyyətləri pisləşib. Dörd və 6 yaşlı bacılar xəstəxanaya çatdırılana qədər vəfat ediblər.

AzerTimes xəbər verir ki, yaxınları azyaşlı bacıların halı pisləşən kimi valideynlərinin dərhal xəstəxanaya müraciət etdiklərini, lakin bunun gec olduğunu bildiriblər.

Sumqayıt Tibb Mərkəzi azyaşlı bacıların ölümü ilə bağlı məlumat yayıb. Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, eyni ailənin üzvü olan bacılar bu gün səhər saat 05:35-də şaq xəstəxanasına gətirilib. Baxış zamanı hər iki uşaqlarda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Daha ətraflı Xəzər TV-nin süjetində:

Teqlər: