Əgər ABŞ-da Respublikaçılar qalib gəlsə… – Rusiya

Əgər ABŞ-da Respublikaçılar qalib gəlsə… – Rusiya

Respublikaçılar ABŞ Konqresinə seçkilərdə qalib gəlsələr, ABŞ Prezidenti Co Bayden üçün Ukraynaya maliyyə yardımı ilə bağlı razılığa gəlmək daha çətin olacaq.

AzerTimes xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov bildirib.

“ABŞ Konqresinə seçkilərdə respublikaçıların qələbəsi Amerikanın xarici siyasətində inqilaba və Vaşinqtonun Ukraynaya dəstəyinin sona çatmasına gətirib çıxarmayacaq. Bununla belə, Bayden administrasiyası üçün maliyyə yardımı proqramlarını həyata keçirmək daha çətin olacaq”, – senator vurğulayıb.

Qeyd edək ki, sorğulara əsasən, ABŞ-da Konqresə seçkilərdə hər iki palatada azlıqda olan respublikaçıların uğur qazanacağı proqnozlaşdırılır.

Teqlər: