Qazaxıstan Füzulidə incəsənət məktəbi tikəcək

Qazaxıstan Füzulidə incəsənət məktəbi tikəcək

Qazaxıstan tərəfindən Füzulidə incəsənət məktəbi tikiləcək.

AzerTimes xəbər verir ki, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən inşa ediləcək incəsənət məktəbinin yol xəritəsi imzalanıb.

Bu layihə də digər layihələr kimi Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə tövhə verəcək.

Teqlər: