Formula1’də yeni mövsümə start verilib.
Bu gün Avstriya Qran-prisi sınaq yürüşləri ilə start götürüb. Artır ilk test yürüşü başlayıb.
İkinci sınaq isə Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Avstriya Qran-prisinə iyulun 5-də yekun vurulacaq.
Qeyd edək ki, “Formula1″də yeni mövsümün ilk yarışı martda Avstraliyada keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən ləğv edilib.
“Formula1″də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 – 19 iyul), Böyük Britaniya (31 iyul – 2 avqust, 7 – 9 avqust), İspaniya (14 – 16 avqust), Belçika (28 – 30 avqust), İtaliya (4 – 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.