Belarusdan sərhəddəki gərginliklə bağlı bəyanat

Belarusdan sərhəddəki gərginliklə bağlı bəyanat

Belarus Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

AzerTimes xəbər verir ki, bəyanatda rəsmi Minsk tərəfləri təmkinli olmağa çağırır.

Qeyd olunur ki, Belarus sərhəddəki durumu narahatlıqla izləyir.

“İstənilən münaqişə yalnız siyasi və diplomatik vasitələrlə həll edilə bilər və həll edilməlidir. Belarus Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunmasına töhfə verməkdə davam edəcək”, – bəyanatda bildirilib.

Teqlər: