İtaliyada yaşayan və İkinci Dünya Müharibəsinin iştirakçısı olan Giuseppe Paterno ən yaşlı məzun statusunun sahibi olub.
96 yaşlı Giuseppe Palermo Universitetinin tarix və fəlsəfə fakültəsini bitirib.
Məzuniyyət tədbirində çıxış edən G. Paterno müəllimlərinə təşəkkür edib və kitabları çox sevdiyini bildirib. “Bilgi hər zaman yanımda daşıdığım bir xəzinədir”,- deyə ən yaşlı məzun vurğulayıb.
Qeyd edək ki, Sicilyada dünyaya gələn Giuseppe evlidir, iki övladı var.