95 faiz vətəndaşın birdəfəlik ödəməsi obyektiv şəkildə həyata keçirilib – Agentlik sədri

Xəbər - Humay Ağacanova -Trend:

95 faiz vətəndaşın birdəfəlik ödəməsi obyektiv şəkildə həyata keçirilib.

AzerTimes-ın məlumatına görə, bunu “Sosial saat” adlı proqramda çıxışı zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

O qeyd edib ki, 190 manatlıq birdəfəlik ödəmə zamanı müəyyən problemlərlə rastlaşılıb:


“Bəzən vətəndaşlar sistemə öz məlumatları barədə yalnış məlumatlar qeyd edirdilər. Məlumat qüsurları olduğu halda onlara əlavə işlər təqdim edirdik. 190 manata görə 250 manatlıq daimi işdən imtina edənlər də oldu. Lakin ümumilikdə kifayət qədər sayda insanı işlərlə təmin edə bildik”.

Teqlər: