Terrorçu ermənilərin təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 93 mülki şəxs həlak olub, 407 nəfər yaralanıb.
Bundan başqa, 504 mülki obyekt, 3326 yaşayış evi və 120 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.