93 mindən çox şəxsə sosial ödəniş elektron qaydada təyin edilib

Xəbər - Çingiz Səfərli – Trend:

Bu ilin yanvar-avqust aylarında 93 min nəfərdən çox şəxsə sosial ödənişin elektron qaydada təyinatı həyata keçirilib.

Bu barədə AzerTimes-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, 17 min nəfərdən çox şəxsə pensiya, 75 min nəfərdən çox şəxsə isə müavinət və təqaüd elektron qaydada təyin edilib.

Twitter:@cingizsafarli

Teqlər: