Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsinin hava şəraitinə görə bağlanması səbəbindən 2880 yük maşını sərhəddə gözləyir.
AzerTimes xəbər verir ki, erməni mediası sərhəddə gözləyən yük maşınlarından 863-nün Ermənistana aid olduğunu yazıb.
Qeyd edək ki, noyabrın 25-dən Yuxarı Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi qar səbəbindən yük maşınları üçün bağlanıb.