Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümü ilə əlaqədar cinayət işi açılıb.
Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, qeyd edilən faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Azyaşlı əməliyyata girərkən dünyasını dəyişib.