9 ölkə Ukraynanın NATO üzvlüyünü dəstəklədi

9 ölkə Ukraynanın NATO üzvlüyünü dəstəklədi

Mərkəzi və Şərqi Avropanın 9 ölkəsi Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir.

AzerTimes xəbər verir ki, 9 ölkənin prezidenti Litva prezidentinin saytında birgə bəyannamə imzalayıblar.

Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bildiririk. Rusiyanın Ukrayna ərazisini ilhaq etmək cəhdlərini tanımırıq və tanımayacağıq da. 2008-ci ildən Buxarestdə keçirilən NATO sammitinin Ukraynanın gələcək üzvlüyü ilə bağlı qərarını qətiyyətlə dəstəkləyirik”, – bəyanatda qeyd olunub.

Birgə bəyanata Çexiya Prezidenti Miloş Zeman, Estoniya Prezidenti Alar Karis, Latviya Prezidenti Egils Levits, Litva Prezidenti Gitanas Nauseda, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Monteneqro Prezidenti Milo Cukanoviç, Polşa Prezidenti Andjey Duda, Rumıniya Prezidenti Klaus Yohannis və Slovakiya Prezidenti Suzana Çaputova imza atıblar.

Teqlər: