Macarıstanlı Katalin Varqa adlı qadın 9 il komada qaldıqdan sonra oyanıb.
AzerTimes xəbər verir ki, bu barədə “Deyli Nyus” məlumat yayıb.
“Xoşxassəli beyin şişinin çıxarılması əməliyyatından sonra Varqa bakterial infeksiyaya yoluxub. Nəticədə o, tamamilə iflic olub və komaya düşüb. 9 il sonra komadan ayılan Varqanın vəziyyəti yaxşılaşıb və fizioterapiya sayəsində yeriməyə başlayıb”, – məlumatda bildirilir.